Əsas məzmuna keç

Abbas Hüseynov və Elvin Cəfərquliyev matçda fərqləniblər

“Qarabağ”ın futbolçuları Abbas Hüseynov və Elvin Cəfərquliyev Əvəzedicilər Liqasında qol vurublar.

Tezadlar.az xəbər verir ki, cinah müdafiəçiləri 24-cü turda “Qarabağ-2″nin “Zirə-2″yə qalib gəldiyi matçda fərqləniblər.

Hüseynov 49-cu dəqiqədə rəqib qapısına yol tapıb. Cəfərquliyev isə 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Görüş “Qarabağ-2″nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıblar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…