Əsas məzmuna keç

Abdullah Eren: Azərbaycan artıq yardım deyil, tərəfdaş ölkədir

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə ciddi inkişaf baş verir.

Bunu Tezadlar.az-ın Türkiyə bürosuna açıqlamasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren bildirib.

Onun fikrincə, bu səbəbdən Azərbaycanla yalnız inkişaf yardımı göstərmək yanaşması ilə deyil, artıq daha çox inkişaf proqramları çərçivəsində əməkdaşlıq etmək lazımdır. Azərbaycana bir qardaş ölkə kimi yanaşılmalıdır:

“Texniki sahələrdə, ehtiyac duyulan bölgələrdə, o cümlədən 44 günlük savaşda səhra xəstəxanaları kimi humanitar dəstək istiqamətlərində azərbaycanlı qardaşlarımızı tək buraxmadıq. TİKA Azərbaycanın rifahı üçün çalışmağa davam etməkdədir. Bu çərçivədə Mərdəkan qalasında layihə icra edəcəyik. Bu əməkdaşlıq və dəstək gələcəkdə də davam etdirilməlidir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…