Əsas məzmuna keç

Abituriyentlərin 38%-i 200 balı keçə bilməyib

2025-2026-cı tədris ilində I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 38.37%-i 200-dən az bal toplayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunub.

Məlumata görə, qəbul imtahanlarında mümkün maksimal bal 700 olub. Nəticələr 0-200, 200-300, 300-500 və 500-700 bal intervalları üzrə ənənəvi “2”, “3”, “4” və “5” qiymətləri ilə müqayisə edilib.

Belə ki, ötən il abituriyentlərin 38,4 faizi şərti olaraq “2”, 21,8 faizi “3”, 28,4 faizi “4”, 11,5 faizi isə “5” qiymətinə uyğun nəticə göstərib.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın