Əsas məzmuna keç

ABŞ, Avropa və Ukrayna Putinlə danışıqlarda ümumi mövqe sərgiləyəcək

ABŞ, bir sıra Avropa ölkələrinin və Ukraynanın yüksək rütbəli rəsmiləri ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüşlə bağlı ümumi mövqe hazırlamaq üçün həftəsonu Böyük Britaniyada toplaşa bilər. Tezadlar.az xatırladır ki, belə bir görüşün keçirilməsi ideyası ona görə yaranıb ki, “Ukrayna və bir neçə NATO müttəfiqi Trampın Putinin müharibəni dayandırmaq təklifləri ilə onların mövqeyini nəzərə almadan razılaşa biləcəyindən narahatlığını bildiriblər”.

Qeyd edilir ki, bu danışıqların təşkili, o cümlədən kimlərin iştirak edəcəyi hələ də müzakirə olunur. Bundan əvvəl Tramp Putinlə görüşünün avqustun 15-də Alyaskada baş tutacağını bildirib, Kreml məlumat təsdiqləyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…