Əsas məzmuna keç

ABŞ Avropanı insan haqlarının pozulmasına görə qınayır

ABŞ Avropada insan haqlarının vəziyyətinin pisləşdiyini bəyan edib.

Tezadlar.az AFP-yə istinadən xəbər verir ki, bu, Dövlət Departamentinin Konqresə təqdim etdiyi hesabatın nəticəsidir.

Sənəddə ABŞ-ın bəzi ən yaxın müttəfiqləri, xüsusən də İngiltərə, Fransa və Almaniya sərt şəkildə tənqid olunur. Bu ölkələr “İnternetdə nifrət nitqi ilə mübarizə”də qeyri-adekvat tədbirlər görməkdə ittiham olunur.

Məsələn, Dövlət Departamentinin hesabatında Londonun dəfələrlə söz azadlığını məhdudlaşdıran addımlar atdığı vurğulanır.

Hesabatın İsrailə həsr olunmuş bölməsi ötən illə müqayisədə xeyli qısaldılıb. Burada Qəzza zolağındakı humanitar böhrandan bəhs edilmir. Vaşinqton “İsrail tərəfindən qeyri-qanuni həbslər və qətllər” hallarının olduğunu etiraf edir, lakin Tel-Əvivin “məsul şəxslərin müəyyən edilməsi üçün tədbirlər gördüyünü” vurğulayır.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…