15 İyul 2026 / 10:18

ABŞ Beynəlxalq Cinayət Məhkəməsini niyə sökmək qərarına gəlib?

ABŞ Beynəlxalq Cinayət Məhkəməsini (İCC) kərpic-kərpic sökmək qərarına gəlib. Onsuz da bu məhkəmə ilə ABŞ-ın heç vaxt arası olmayıb. Roma konfransıda aldadıcı manevr edib Roma Statutuna 98-ci maddəni əlavə edib ( Əvəzində Statutu paraflayıb və ratifikasiya vədi verib. Sonra isə imzasını geri çağırıb). Bu maddə də ABŞ-a imkan verib ki, dünyanın 140-dan artıq dövləti ilə ikitərəfli müqavilə bağlasın. Bağaldığı müqavilələrlə dövlətlər üzərinə öhdəlik qoyub ki, ABŞ vətəndaşlarına münasibətdə BCM ilə əməkdaşlıq etməsin (yəni müharibə cinayəti törədən ABŞ vətədaşlarını öz ərazisində həbs edib məhkəməyə göndərməsin). BCM-in İsrail prezidentinə cinayət işi açması və ABŞ hərbiçilərinə qarşı cinayət işləri açmağa cəhd etməsi ABŞ-ın səbrini tükəndirib.
Bu arada mən illərdi Azərbaycanın Roma Statutuna qoşulmasının əleyhinə yazılar verirəm, çıxışlar edirəm. Bu da səbəbsiz deyil. Azərbaycanın bəzi dövlət qurumlarının əməkdaşlıq etdiyi beynəlxalq qurumlar, bəzi deputatlar və bəzi məmurlar Azərbaycanın Roma Statutuna qoşulmasını təşviq etməkdədir.
Azərbaycanın bu mənasız məhkəmənin statutuna qoşulmasının təhlükəsi barədə cəmi bir misal:
Əgər Roma Statutuna qoşulsaq ilk növbədə Konstitusiyadan Roma statutunun 27-ci maddəsinə zidd olan maddələr çıxarılmalıdır. Bunlar Konstitusiyanın 90-cı maddəsi (Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı), 106-cı maddəsi (Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı), 106 prim 1-ci maddə (Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı), 123-cü maddəsidir (Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı).
Roma statutun 27-ci maddəsində “Rəsmi vəzifəyə istinadın yolverilməzliyi” prinsipi tətbiq olunur və statut tərəfi olan dövlətdə Roma statutunda göstərilən cinayətləri törətmiş şəxslərə münasibəttə immunitet tətbiq edilə bilməz. Statuta görə dövlətdə tutduğu vəzifə cinayətdə ittiham olunan “şəxsi bu statuta uyğun olaraq cinayət məsuliyyətindən azad etmir və özlüyündə cəzanın yüngülləşdirilməsi üçün əsas yaratmır”.
Sahib Məmmədov,
Əmək hüquqları üzrə ekspert
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!