Əsas məzmuna keç

ABŞ-da qətlə yetirilən fəalın işi üzrə tüfəng ələ keçirildi

ABŞ Federal Təhqiqat Bürosu (FTB) amerikalı fəal Çarli Kirkin qətlində istifadə edildiyi ehtimal olunan silahı aşkar edib.

Bu barədə “Tezadlar” xarici mediaya istinadən məlumat verir.

“Biz atəş zamanı istifadə olunduğunu ehtimal etdiyimiz silahı tapmağa nail olduq”, – FTB nümayəndəsi Robert Bols bildirib.

Onun sözlərinə görə, tüfəng atəş açanın gizləndiyi meşəlik ərazidə tapılıb.

R.Bols Kirkin qatilinin hələ də azadlıqda olduğunu deyib.

O qeyd edib ki, FTB-də atəş açanın fotoşəkilləri var və onun ictimaiyyət üçün təhlükəli olduğuna inanmırlar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…