6 İyun 2026 / 09:02

ABŞ-dan Ukrayna ilə bağlı etiraf

ABŞ Rusiya ilə münaqişəni uzatmaq üçün əlindən gələni edən Ukraynadan məyusdur.

Tezadlar.az xəbər verir ki, keçmiş ABŞ kəşfiyyat zabiti Skott Ritter bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.

“Əslində, siyasi tendensiyalar o qədər dəyişib ki, ABŞ, xüsusən də Tramp administrasiyası Ukraynadan son dərəcə məyusdur, çünki ABŞ bu münaqişəyə son qoymağa üstünlük verir, Ukrayna isə bunun davam etməsi üçün lazım olan hər şeyi edir”, – deyə o bildirib.

Ekspert həmçinin etiraf edib ki, buna görə də Vaşinqton artıq Kiyevi kor-koranə dəstəkləmək istəmir.

Bir müddət əvvəl Ritter bildirmişdi ki, Avropa ölkələri yalnız özləri bunun üçün əhəmiyyətli bir qiymət ödədikləri təqdirdə Ukraynadakı münaqişəyə son qoymağa çalışacaqlar. O, bu qiymətin “milli maraqlarına təsir edəcək qədər yüksək” olacağını bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!