ABŞ və İran arasında razılaşmaya ümidlərin artması fonunda Vaşinqton administrasiyası Yaxın Şərq üçün yeni səyahət xəbərdarlığı verib.
Tezadlar.az-ın məlumatına görə, ABŞ Dövlət Departamenti bildirib ki, “Yaxın Şərqdəki yüksək gərginlik səbəbindən təhlükəsizlik mühiti mürəkkəbdir və sürətlə dəyişir”. O, regiondakı ölkələrə səyahət etməmək barədə xəbərdarlıq edib.
Bəhreyn, İsrail, Qərb Şəriyəsi, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səyahətlərə yenidən baxılması tövsiyə edilib.
İran, İraq, Livan, Suriya, Qəzza və Yəmən üçün xəbərdarlıq belə olub: “Səyahət etməyin”.
E.ŞİRİNOV







