Əsas məzmuna keç

ABŞ hərbi kəşfiyyatının rəhbərinin işdən çıxarılmasının səbəbi açıqlanıb

ABŞ hərbi kəşfiyyatının rəhbəri Cefri Kruz iyun ayında ABŞ-ın İranın nüvə obyektlərinə irimiqyaslı zərbələrinin nəticələrinin obyektiv qiymətləndirilməsini əks etdirən hesabatı təqdim etdikdən sonra tutduğu vəzifədən azad edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Sənəddə bildirilirdi ki, raket və bomba zərbələri yalnız bir neçə ay ərzində İranın nüvə proqramını müvəqqəti olaraq ləngitdi.

Bu nəticə, zərbələri Tehranın nüvə potensialının “tamamilə məhv edilməsi” adlandıran ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqsetin açıq bəyanatları ilə kəskin ziddiyyət təşkil edirdi, -jurnalistlər qeyd ediblər.

Qəzetin yazdığına görə, Heqset Kruzu “etimadın itirilməsi” ifadəsi ilə işdən çıxarıb. Yüksək rütbəli zabit ABŞ milli təhlükəsizlik sistemində genişmiqyaslı kadr dəyişiklikləri zamanı vəzifəsini itirən sonuncu hərbi zabit olub.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…