Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Mərkəzi Komandanlığı blokada altında saxladığı Hörmüz boğazında vertolyot patrul xidmətini davam etdirdiyini açıqlayıb.
Tezadlar.az bildirir ki, CENTCOM-un sosial media hesabında verilən açıqlamada ABŞ/İsrail-İran münaqişəsi fonunda qeyri-müəyyənliyin hökm sürdüyü Hörmüz boğazındakı vəziyyətlə bağlı yeniliklər yer alıb.
Boğazda patrul xidməti göstərən ABŞ vertolyotundan çəkilmiş fotoşəkilin yer aldığı CENTCOM paylaşımında deyilir: “ABŞ-ın İrana qarşı dəniz blokadasını tətbiq edərkən, ABŞ hərbi vertolyotu Hörmüz boğazı yaxınlığındakı ərazi suları üzərində uçarkən ticarət gəmilərini izləyir.”
Açıqlamada həmçinin qeyd olunur ki, 16 may tarixinə qədər 78 ticarət gəmisinin marşrutu dəyişdirilib və 4 gəmi “qaydalara uyğunluğu təmin etmək üçün” zərərsizləşdirilib.
CENTCOM-un prezident Donald Trampın Çinə səfərindən qayıtmasından sonra verdiyi açıqlama, qeyri-müəyyənliyin hakim olduğu bir bölgədə Amerika ordusunun blokadaya münasibətini göstərir.
E.ŞİRİNOV