5 Avqust 2026 / 06:31

ABŞ Hörmüz boğazından minlərhlə gəminin keçməsini təmin edib

Məlum olur ki, Amerika hərbçiləri son üç ay ərzində mindən çox gəminin Hörmüz boğazından keçməsinə yardım ediblər. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb. “Son üç ay ərzində ABŞ Silahlı Qüvvələri mindən çox gəminin boğazdan uğurla keçməsinə kömək edib”, – deyə paylaşımda bildirilir. ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazında normal gəmiçiliyin bərpası məsələsi ilə bağlı İranla danışıqlarda irəliləyiş müşahidə olunur, lakin hələlik yekun qərar yoxdur.

Nəhayət, ABŞ-la İranın danışıqlarında irəliləyişin olacağı ehtimalı artmaqdadır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!