3 İyun 2026 / 07:40

ABŞ-ın Bəhreyndəki bazası İranın hücumuna məruz qalıb

Ötən gecə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qəşm adasındakı İran hərbi obyektinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də regional ölkədəki ABŞ hərbi hava bazasına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, bu barədə İSNA xəbər agentliyi məlumat yayıb. Sitat: “Digər bir təcavüz aktı olaraq, ABŞ Qəşm adasının cənubunda İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus rabitə qülləsinə hava hücumu etdi. Bu təcavüzə cavab olaraq, regional ölkədə yerləşən onların hava bazası və vertolyot meydançası, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı SEPAH Aerokosmik Qüvvələrinin raketləri və dronları ilə vuruldu”.

ABŞ- İran danışıqları isə hələki durğunluq içindədir.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!