8 İyun 2026 / 07:32

ABŞ-ın İranla bağlayacağı istənilən sazişi İsrail də qəbul edəcək

Bu dəfə də ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqton və Tehran arasında əldə olunacaq istənilən razılaşmanı qəbul etməli olacaq. Tezadlar.az xatırladır ki, Tramp bu barədə “Financial Times” qəzetinə telefon müsahibəsində danışıb. Onun başqa seçimi olmayacaq. Qərarları mən verirəm. Bütün qərarları mən qəbul edirəm. O yox”, – deyə ABŞ prezidenti bildirib. Trampın açıqlaması İranla mümkün razılaşma ətrafında müzakirələrin davam etdiyi bir vaxtda səslənib. Hələki Netanyahu bu bəyanata münasibət bildirməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!