Əsas məzmuna keç

ABŞ-IN MQ-9 PİLOTSUZ TƏYYARƏSİNİ ƏLƏ KEÇİRƏN SU-27 PİLOTLARI MÜKAFATLARA TƏQDİM EDİLİB

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Amerikanın MQ-9 pilotsuz uçan aparatının xüsusi əməliyyat zonasının sərhədlərinin pozulmasının qarşısını alan Su-27 təyyarəsinin pilotlarını mükafatlandırmaq üçün təqdim edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi jurnalistlərə bildirib.

“Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Su-27 təyyarəsinin pilotlarını dövlət mükafatlarına təqdim edib. Amerikanın MQ-9 pilotsuz uçuş aparatı tərəfindən xüsusi hərbi əməliyyatın keçirilməsi məqsədilə yaradılmış hava məkanından istifadə üçün müvəqqəti rejim ərazisinin sərhədlərinin pozulmasının qarşısı alınıb”, – departamentdən bildirilib.

Onlar ərazinin sərhədlərinin beynəlxalq hava məkanının bütün istifadəçilərinə çatdırıldığını və beynəlxalq standartlara uyğun dərc edildiyini vurğulayıblar.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…