Əsas məzmuna keç

ABŞ-ın Ukrayna qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi məlum olub

ABŞ L3Harris müdafiə şirkəti ilə müqavilələr çərçivəsində Ukraynaya 318 milyon dollar dəyərində radio avadanlıqlarının tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” hökumət sənədlərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 2022-ci ilin fevralından ABŞ şirkətlə ümumilikdə 669,54 milyon dollar dəyərində 15 müqavilə bağlayıb. Hazırda müqavilələrin ümumi dəyərinin 47,5 faizi (318,14 milyon dollar) yerinə yetirilməmiş qalır.

Bir müddət əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirmişdi ki, Vaşinqtonun avropalı müttəfiqləri vasitəsilə Ukraynanın ABŞ-dan ala biləcəyi silahların miqdarı məhduddur.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…