Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp sənədin tamamlanması üçün daha beş-yeddi gün vaxt verə bilər
ABŞ və İran çərçivə sazişinin 95%-nin tamamlanmasına nail olublar.
Tezadlar.az-ın məlumatına görə,bu barədə “Fox News” mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Tehran “çərçivə sazişi ilə prinsipcə razılaşıb” və o, 95% tamamlanıb. Adı açıqlanmayan bir rəsmi kanala bildirib ki, “Nüvə arsenalı və Hörmüz boğazı ilə bağlı razılaşmamız var, amma sözləri müzakirə edirik”.
“Fox News” mənbəyi hesab edir ki, “Biz bu gün və ya sabah sazişi imzalamayacağıq”. O hesab edir ki, ABŞ prezidenti Donald Tramp razılaşmanın yekunlaşdırılması üçün daha beş-yeddi gün vaxt verə bilər. Kanalın mənbəyi qeyd edib ki, Vaşinqton əlverişli bir razılaşma əldə edə bilməsə, ABŞ ordusu İslam Respublikasını bombalamağa davam edə bilər.
Bir müddət əvvəl Amerika lideri İranla razılaşmaların hələ tam yekunlaşdırılmadığını bildirmişdi. O, həmçinin nümayəndələrinə Tehranla razılaşmaya tələsməməyi tapşırdığını bildirib.
E.ŞİRİNOV