29 İyun 2026 / 11:37

ABŞ-İran danışıqları Qətərə köçürüldü

ABŞ və İran arasında düşmənçiliklərin yenidən şiddətlənməsindən sonra danışıqlar dayanıb. İran dünən İsveçrədə keçirilməsi gözlənilən danışıqlarda iştirak etməyib, lakin Amerika mediası danışıqlar masasının Qətərin paytaxtı Dohaya köçürüldüyünü bildirib. Tərəflərin sabah görüşməsi gözlənilir.

Tezadlar.az xəbər verir ki, ABŞ-da yerləşən Axios xəbər saytı yüksək vəzifəli Amerika rəsmisinə istinadən ABŞ və İranın hücumları dayandırmaq barədə razılığa gəldiyini bildirib.

Sülh danışıqlarının İsveçrə əvəzinə Qətərin paytaxtı Dohada keçiriləcəyi bildirilib. Sabah Dohada keçiriləcək yeni danışıqların əsas mövzusu Hörmüz boğazı ilə bağlı mübahisələr olacaq.

İran Ali Rəhbərliyinin Nəşrlər Ofisinin üzvü Mehdi Fəzaili də ABŞ-ın son hücumları səbəbindən dünən İsveçrədə keçirilməsi gözlənilən texniki danışıqlarda iştirak etmədiklərini açıqlayıb. O, həmçinin ABŞ-ın razılaşmanın şərtlərinə əməl etmədiyini və İranın dondurulmuş aktivlərini açıqlamadığını bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!