ABŞ-İran danışıqlarının üçüncü raundu ekspert məsləhətləşmələrindən sonra başlayacaq

Oxunma sayı: 678

ABŞ və İran arasında yüksək səviyyəli danışıqların üçüncü raundu texniki məsləhətləşmələrdən sonra başlayacaq və iki ölkənin nümayəndə heyətləri İranın nüvə proqramı üzrə potensial razılaşmanın detallarını müzakirə edəcəklər.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a Maskatdakı diplomatik mənbə bildirib.

İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu keçiriləcək. Danışıqlar üçün platforma nizamlanma prosesində vasitəçi kimi çıxış edən Oman tərəfindən təmin edilib. Danışıqların əvvəlki iki raundu da Omanın vasitəçiliyi ilə keçirilib.

Siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff rəhbərlik edəcək. Texniki məsləhətləşmələr üzrə ekspert qrupuna Dövlət Departamentinin siyasətin planlaşdırılması üzrə direktoru Maykl Anton rəhbərlik edəcək. Məşvərət iclasında İranı xarici işlər nazirlərinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edəcək.

Ekspertlər səviyyəsində məşvərət görüşü əvvəlcə Maskatda aprelin 23-də keçirilməli idi. Mənbənin məlumatına görə, Amerika administrasiyası bu təklifi İran tərəfinə çatdıran Oman vasitəçiləri vasitəsilə məsləhətləşmələrin təxirə salınmasını xahiş edib. ABŞ rəsmiləri gecikməni “logistik çətinliklərlə” əlaqələndiriblər. Mənbə bildirib ki, Maskata gəlməyi planlaşdıran Amerika nümayəndə heyətinin üzvləri Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Taninin Vaşinqtona səfəri ilə əlaqədar planlarını dəyişmək məcburiyyətində qalıblar.

E.ŞİRİNOV

Xəbəri paylaş