Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın Maliyyə Nazirliyi dənizdə saxlanılan İran neftinin satışına icazə verən müvəqqəti lisenziyanın müddəti bitdikdən sonra yenilənməyəcəyini bildirib.
Tezadlar.az bildirir ki, Maliyyə Nazirliyi məsələ ilə bağlı sosial media hesabında açıqlama verib.
Açıqlamada vurğulanıb ki, Departament “İqtisadi Qəzəb” çərçivəsində qətiyyətli addımlar ataraq İrana maksimum təzyiq göstərməyə davam edir.
Açıqlamada Departamentin bütün mövcud alətlərdən və səlahiyyətlərdən maksimum dərəcədə istifadə etdiyi və İranın fəaliyyətini dəstəkləməyə davam edən xarici maliyyə qurumlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazır olduğu vurğulanıb və əlavə edilib: “Dənizdə saxlanılan İran neftinin satışına icazə verən qısamüddətli lisenziyanın müddəti bir neçə gün ərzində başa çatacaq və yenilənməyəcək.”
Departament tərəfindən verilən lisenziya 20 mart yerli vaxtla saat 00:01-dən əvvəl gəmilərə yüklənmiş İran xam nefti və neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması ilə bağlı əməliyyatlara müvəqqəti olaraq icazə verib.
İcazənin 19 aprel yerli vaxtla saat 00:01-ə qədər qüvvədə olduğu bildirilib.
E.ŞİRİNOV