Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı 12 gecə hücumları dalğasının başa çatdığını açıqlayıb. Tezadlar.az reuters- ə istinadla xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı bəyanatda bildirilib. Məlumatda bildirilir ki, ABŞ qüvvələri İranın hərbi obyektlərinə, o cümlədən dəniz imkanlarına, raket və pilotsuz uçuş aparatlarının saxlanma məntəqələrinə, sahil müşahidə obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. Qeyd olunur ki, bu zərbələr İranın mülki dənizçilərə və kommersiya gəmilərinə qarşı hücum imkanlarını daha da zəiflətməyə yönəlib.
İran rəsmiləri isə bəyan edib ki, İran hər bir təcavüzə artıqlaması ilə cavab verəcək.
Səbuhi