Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı “İqtisadi qəzəb” adlı daha bir əməliyyata başlayıb. Bu əməliyyat Tehranı “cəsarətli seçim” etməyə məcbur etmək üçün ona maksimum təzyiq göstərmək məqsədi daşıyır.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset brifinqdə bildirib.
Heqseth vurğulayıb ki, “Xəzinədarlıq katibi Skott Besson və Xəzinədarlıq Departamentindəki dostlarımız iqtisadi təzyiqi maksimum dərəcədə artıraraq “İqtisadi qəzəb” əməliyyatına başlayırlar”.
O əlavə edib ki, ABŞ qüvvələri artıq “böyük döyüş əməliyyatlarından dünya səviyyəli blokadaya” keçib və bunu “əvvəlkindən daha tez və daha güclü” şəkildə yenidən etmək qabiliyyətinə malikdirlər.
E.ŞİRİNOV