Əsas məzmuna keç

ABŞ İranla danışıqların nəticələrini açıqlayıb

ABŞ administrasiyası Romada ABŞ-İran danışıqlarında irəliləyiş əldə edildiyini bildirib.

Tezadlar.az bu barədə “ABC News”ə istinadən xəbər verir.

Adını açıqlamayan ABŞ rəsmisi danışıqların 4 saat davam etdiyini bildirib. O, görüşün yekunlarını açıqlayıb və bildirib ki, birbaşa və dolayı müzakirələr nəticəsində çox yaxşı irəliləyiş əldə olunub.

“Gələn həftə yenidən görüşmək barədə razılığa gəldik və danışıqlara kömək etdiklərinə görə omanlı tərəfdaşlarımıza, eləcə də bu gün bizi qəbul etdiklərinə görə italiyalı tərəfdaşlarımıza minnətdarıq”, – ABŞ nümayəndəsi bildirib.

Qeyd edəkki, aprelin 12-də Omanda İran və ABŞ nümayəndələri arasında dolayı danışıqlar olub. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Moskva İranın nüvə proqramı ilə bağlı müzakirələri alqışlayır, lakin əldə edilə biləcək nəticələrə əsasən onları qiymətləndirəcək.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…