Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran Hörmüz boğazı ilə bağlı avqustun 3-də danışıqlar aparacaq. Tezqdlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, bu barədə Amerika lideri Vaşinqtona yollanarkən öz təyyarəsinin göyərtəsində jurnalistlərə məlumat verib. Trampın sözlərinə görə, danışıqlar günün ikinci yarısında başlayacaq. O, dialoqun gələcək eskalasiyanın qarşısını almağa imkan verəcəyinə ümid etdiyini bildirib. Sitat: “Biz onlarla danışıqlar formatında dialoq aparacağıq. Onlar sabah günorta başlayacaq. Mən bunun belə olmasını istərdim. Bu, bir çox insanın həyatını xilas edəcək və gələcək gərginliyin qarşısını almağa imkan verəcək. Hörmüz boğazı üzrə razılaşma var, daha sonra isə nüvə proqramı və ya mənim adlandırdığım kimi, İranın nüvəsizləşdirilməsi üzrə razılaşma olacaq”.
Təki bu razılaşma ilə müharibəyə son qoyulmuş olsun.