Əsas məzmuna keç

ABŞ İranla müharibədə hər gün milyard dollardan çox pul itirib – faktiki xərclər isə…

ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri təxminən 46 günlük aktiv döyüş əməliyyatlarından sonra 51,2 milyard dolları keçib.

Tezadlar.az  xəbər verir ki, bu barədə məlumat  “Iran War Cost Tracker” portalında yer alıb.

Real vaxt rejimində izləmə resursu Pentaqonun 10 martda ABŞ Konqresi üçün keçirdiyi brifinqdən əldə edilən məlumatlara əsaslanır. Bildirilib ki, Vaşinqton Yaxın Şərqdəki döyüş əməliyyatlarının ilk altı günündə 11,3 milyard dollar xərcləyib və münaqişənin hər sonrakı günü üçün təxminən 1 milyard dollar xərcləməyi planlaşdırır.

Qeyd olunur ki, bu rəqəmə qoşunların köçürülməsi və hərbi texnikanın bərpası kimi müəyyən xərclər daxil olmaya bilər. Buna görə də, faktiki xərclər xeyli yüksək ola bilər.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…