Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İddia edilir ki, ABŞ İsrailin İranın cənubundakı Cənubi Pars təbii qaz yatağı ilə əlaqəli enerji obyektlərini hədəf almaq planından xəbərdar olub, lakin hücumda iştirak etməyib.
Tezadlar.az bildirir ki, “Associated Press” (AP) agentliyinin adı açıqlanmayan mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ administrasiyası İsrailin Cənubi Pars təbii qaz yatağını hədəf almaq planından xəbərdar olub.
ABŞ-ın plandan əvvəlcədən xəbərdar edildiyini, lakin hücumda iştirak etmədiyini iddia edən mənbə Vaşinqton administrasiyasının İsrailin qərarını dəstəkləyib-dəstəkləmədiyi barədə məlumat paylaşmayıb.
İranın cənubundakı Cənubi Pars təbii qaz yatağının bəzi neft emalı zavodlarının ABŞ-İsrail hücumlarında hədəfə alındığı bildirilmişdi.
Pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirildiyi bildirilən hücumda təbii qaz yatağının 3-cü və 6-cı fazalarının vurulduğu bildirilib.
Fars körfəzində yerləşən və İranla Qətər arasında paylaşılan Cənubi Pars təbii qaz yatağı dünyanın ən böyük təbii qaz yataqlarından biri hesab olunur və hər iki ölkənin enerji iqtisadiyyatı üçün çox vacibdir.
E.ŞİRİNOV