Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2026 / 07:11

ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır

ABŞ kəşfiyyat orqanları İsrailin Baş naziri Binyamin Netanyahunun Vaşinqton və Tehran arasında mümkün yekun razılaşmanı pozmağa yönəlmiş addımlar ata biləcəyindən narahatdır.

Bu barədə “Washington Post“ qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası Netanyahu hökumətinin Prezident Donald Trampın İranla uzunmüddətli razılaşma əldə etmək səylərinə mane ola biləcəyi barədə xəbərdar edilib. Kəşfiyyat qiymətləndirmələrində İsrail rəhbərliyinin Livanda “Hizbullah”a qarşı əməliyyatları davam etdirmək niyyətində olduğu bildirilir. Halbuki Livanda hərbi fəaliyyətin dayandırılması ABŞ-İran razılaşmasının əsas şərtlərindən biri hesab olunur.

Nəşrin məlumatına görə, İsrail hakimiyyəti Vaşinqton və Tehran arasında müzakirə olunan memorandumun şərtlərindən narazıdır və onu İrana qarşı kifayət qədər sərt hesab etmir. ABŞ rəsmiləri hesab edirlər ki, İsrailin cənubi Livandan qoşunlarını çıxarmaqdan imtina etməsi belə mümkün razılaşmanı risk altına qoya bilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!