Rusiyanın xarici işlər naziri Sergey Lavrov əmindir ki, ABŞ hakimiyyəti “kimdənsə” sanksiyaları mütləq aradan qaldıracaq.
Tezadlar.az xəbər verir ki, o, bunu Rusiya-ABŞ sammitinin tədbirlərində iştirak etmək üçün Ankoricdəki (Alyaska) otelindən yola düşməzdən əvvəl deyib.
“Onlar kimdənsə sanksiyaları mütləq aradan qaldıracaqlar”, – nazir jurnalistin Amerika tərəfinin əvvəllər tətbiq etdiyi məhdudiyyətlərdən hər hansı birini ləğv edib-etməyəcəyi ilə bağlı sualını cavablandırıb. Lavrov heç bir əlavə təfərrüat verməyib. O, Rusiya nümayəndə heyətinin tərkibində Ankoricdədir.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri sammitdən gözləntiləri ilə bağlı suala cavab verməyib.
E.ŞİRİNOV







