Əsas məzmuna keç

ABŞ KONQRESMENİNƏ HÜCUM EDƏRƏK AVTOMOBİLİNİ QAÇIRIBLAR

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Henri Kuelyara Kapitolinin yaxınlığında quldurlar hücum ediblər. Naməlum şəxslər siyasətçini hədələyərək avtomobilini qaçırıblar.

Bu barədə Washington Post polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, quldurlar konqresmenin şəxsi əşyalarını oğurlayıblar. Məlumatda deyilir ki, hücum edənlərdən ən azı biri silahlı olub. Soyğunçuların şəxsiyyəti hələlik müəyyən edilməyib.

İlkin məlumatlara görə, Kuelyarın özü xəsarət almayıb. Siyasətçi hələlik vəziyyətlə bağlı açıqlama verməyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…