Əsas məzmuna keç

ABŞ Kubaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi cümə axşamı Kubaya qarşı yeni sanksiyalar tətbiq edib.

Məhdudiyyətlər həmçinin Kuba prezidenti Migel Dias-Kaneli də hədəfə alıb.

Tezadlar.az xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc edilib.

Kuba prezidentindən əlavə, dörd şəxs və beş təşkilat da ABŞ sanksiyalarına məruz qalıb.

Dias-Kanel əvvəllər ABŞ-ın ölkəyə yanacaq tədarükçülərinə qarşı sanksiyalar tətbiq etməsini əxlaqsız, qanunsuz və cinayətkar adlandırmışdı.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…