Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

” ABŞ ilə danışıqlar təslim olmaq demək deyil, ölkəmiz gücünün zirvəsindəykən müdriklik, şərəf və maraqları nəzərə alaraq danışıqlar yolunda addım-addım irəliləməyi hədəfləyib…”. Ötən gün İran Prezidenti Məsud Pazeşkian mətbuata açıqlamasında belə deyib. Prezident ABŞ ilə müharibə və danışıqların mümkünlüyünü vurğulayıb. O, qeyd edib ki, İran ərazi bütövlüyünü müdafiə edir və müharibəni məqsəd kimi görmür: “Məqsədimiz müharibəyə son qoymaq, blokadanı qaldırmaq, bloklanmış resursları azad etmək və sonra nüvə danışıqları aparmaqdır”.
Pezeşkian vurğulayıb ki, ABŞ ilə danışıqlar təslim olmaq demək deyil: “Çin kimi ölkələr iqtisadi rəqabət yolu ilə özlərini sübut edirlər. Vətəni qorumaq, xalqa xidmət etmək vacibdir”.
Münaqişə isə davam edir.