Əsas məzmuna keç

ABŞ mediasına görə, vacib sualın cavabı: XEYR!

Dünya “ABŞ-İran müharibəsi yenidən başlayacaqmı?” sualına diqqət yetirsə də, ABŞ mətbuatına görə, cavab “Xeyr”dir.

Tezadlar.az xəbər verir ki, Amerikanın “Wall Street Journal” qəzeti yazıb ki, Tramp İranla tam müharibəni yenidən başlatmaq niyyətində deyil.

ABŞ prezidentinin Yaxın Şərqdə daha genişmiqyaslı münaqişələrdən qaçmaq istədiyi bildirilib. Onun həftələrlə və hətta aylarla davam edən kiçikmiqyaslı münaqişələri qəbul etməyə hazır olduğu vurğulanıb. Bununla belə, kiçikmiqyaslı hücumların Trampa təzyiqi artıracağı və atəşkəsin qorunmasını daha da çətinləşdirəcəyi vurğulanıb.

TRAMP: ƏSGƏRLƏRİMİZİ ÖLDÜRMƏSƏLƏR, DÖYÜŞMƏYƏCƏYİK

Trampın “Əgər İran ABŞ əsgərlərini öldürsə, atəşkəsə son qoymağı yenidən nəzərdən keçirəcəyəm” dediyi də bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…