Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənilmədiyi halda ABŞ xüsusi xidmət orqanları hesab edir ki, İranın yeni ali rəhbəri ayətullah Müctəba Xamenei nüvə silahının yaradılmasına atasına nisbətən əhəmiyyətli dərəcədə daha çox maraq göstərir. Tezadlar.az xəbər verir ki, bu barədə kəşfiyyatın qiymətləndirmələri ilə tanış olan ABŞ rəsmilərinə istinadən “The New York Times” (NYT) məlumat yayıb. Nəşrin məlumatına görə, müharibənin əvvəlində ABŞ kəşfiyyatının yardımı ilə İsrailin endirdiyi zərbə nəticəsində həlak olan Müctəba Xameneinin atası heç vaxt açıq şəkildə İranı nüvə silahı yaratmağa çağırmayıb. Lakin mənbələrin iddia etdiyinə görə, hazırkı ali rəhbər və hakimiyyətə gəlmiş daha mühafizəkar hökumət müvafiq ambisiyalara malikdir.
Qəzet qeyd edib ki, ABŞ kəşfiyyatı həmçinin belə bir qənaətə gəlib ki, İran uranın zənginləşdirilməsi üçün nəzərdə tutulan sentrifuqaların bir hissəsini ötən ilin iyununda ABŞ-nin zərbələrinə məruz qalmış obyektlərdən ölkənin mərkəzi hissəsində yerləşən Pikaks dağındakı yeni, yaxşı möhkəmləndirilmiş yeraltı kompleksə köçürüb. Mənbələrin məlumatına görə, mümkün quru əməliyyatının qarşısını almaq üçün obyektin ərazisi quru qoşunları tərəfindən əlavə mühafizə olunur.
İran rəsmiləri isə hələki bu iddialara cavab verməyib.