Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2026 / 07:51

ABŞ müdaxilə edir: İsrail-Suriya danışıqları üçün yeni addım

İsrail mediası aylardır dayanmış Suriya-İsrail danışıqlarının ABŞ-ın müdaxiləsi sayəsində İrana hücumlardan sonra yenidən başlaya biləcəyini irəli sürüb. Açıqlamada Vaşinqtonun prosesdə daha fəal iştirak etdiyi iddia edilir.

Tezadlar.az-ın məlumatına görə, İsrail dövlət televiziyası KAN bildirib ki, dayanmış Suriya-İsrail danışıqlarının bərpası gündəmdədir. Açıqlamada iddia edilir ki, Tramp administrasiyası İrana hücumlardan sonra Dəməşq və Təl-Əviv arasında diplomatik əlaqələrin bərpası üçün təzyiq göstərir.

ABŞ-IN MÜDAXİLƏ EDİLMƏSİ İDDİASI

KAN-a görə, Suriya ilə İsrail arasında danışıqlar son aylarda dayansa da, son regional hadisələrin prosesi canlandıracağı gözlənilir.

Açıqlamada Tramp administrasiyasının danışıqları yenidən başlatmaq istəyinin Suriyanın Livanda “Hizbullah”a qarşı daha təsirli rol oynayacağı gözləntisindən təsirləndiyi irəli sürülür.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!