Əsas məzmuna keç

ABŞ nümayəndə heyəti TRIPP layihəsinin müzakirəsi üçün Ermənistana gediblər

ERMENİSTAN TRİPP NUMAYENDE

ABŞ nümayəndə heyəti “Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsini müzakirə etmək üçün Ermənistana gəlib.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, çərşənbə axşamı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Dövlət Departamenti və İnkişaf Maliyyə Korporasiyasının nümayəndələrinin də daxil olduğu nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Tərəflər TRIPP-nin həyata keçirilməsi ilə bağlı bir sıra əməliyyat və hüquqi məsələləri müzakirə edib və razılığa gəliblər.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…