Əsas məzmuna keç

ABŞ Nümayəndələr Palatası Gürcüstan hökumətinə qarşı “MEGOBARI” aktını dəstəkləyib

Ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası “MEGOBARI” aktını dəstəkləyib. Tezadlar.az CNN ə istinadla xəbər verir ki, “Gürcüstanın Hesabatlılığı, Dayanıqlılığı və Müstəqilliyinin Gücləndirilməsi və Səfərbərlik Aktı” (MEGOBARI) adlandırılan qanun layihəsini 349 konqresmen dəstəkləyib, 42-si isə əleyhinə səs verib. Qanun layihəsi indi ABŞ Senatı tərəfindən təsdiqlənməlidir. Məlumat üçün bildirək ki, “MEGOBARI” aktı keçən il Nümayəndələr Palatasına konqresmen Co Vilson tərəfindən təqdim edilib. “MEGOBARI” aktı gürcü xalqına dəstəyi ifadə edir və gürcü məmurlarına qarşı digər məsələlərlə yanaşı, insan haqlarının pozulmasına və demokratiyanın sarsıdılmasına görə sanksiyaları nəzərdə tutur.
Beləliklə, Gürcüstan daha bir sanksiya ilə sıxışdırılır.
A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…