Əsas məzmuna keç

ABŞ Prezidenti Avropa İttifaqını idxal rüsumları ilə hədələdi

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) ABŞ iqtisadiyyatı qarşısında investisiya öhdəliklərini yerinə yetirmədiyi təqdirdə idxal rüsumlarını 35 % səviyyəsinə qaldırmaq niyyətindədir.

Tezadlar.az xəbər verir ki, o, bu barədə CNBC telekanalına müsahibəsində bildirib.

“Bu zaman onlar 35 % rüsum ödəyəcəklər”, – ABŞ Prezidenti qeyd edib.

D.Trampın sözlərinə görə, daha əvvəl Aİ 600 milyard dollar investisiya yatırdıqdan sonra rüsumlar azaldılıb.

“Onlar öz rüsumlarını azaltdılar, 600 milyard dollar investisiya yatırdılar və mən o zaman rüsumu 30 %-dən 15 %-ə endirdim. Sonra bir neçə ölkə sual verməyə başladı: niyə Avropa İttifaqı bizdən az ödəyir?” – ABŞ lideri vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…