Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2026 / 21:10

ABŞ Prezidenti Tramp “A+ sinif rəsmi mərasimi” ilə qarşılandı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə rəsmi səfərdə olan ABŞ Prezidenti Donald Trampı “A+ snif rəsmi Mərasimi” ilə qarşılayıb.

Tezadlar.az xəbər verir ki, süvari dəstələr Trampın mərasim maşınını Prezident Kompleksinin qarşısındakı küçədə qarşılayıblar və protokol qapısına qədər müşayiət ediblər.

Prezident Ərdoğan Trampı Kompleksin əsas girişində qarşılayıb. Ərdoğan və Tramp mərasim sahəsində yerlərini aldıqdan sonra orkestr hər iki ölkənin dövlət himnlərini səsləndirib.

Mərasimdə 16 tarixi türk dövlətini təmsil edən bayraqlar və əsgərlər, eləcə də hərbi orkestr və yeniçəri geyimli əsgərlər və 21 top salamı olub.

Tramp Mühafizə Alayının Mərasim Bölməsini “Salam əsgərlər” deyərək qarşılayıb.

Prezident Ərdoğan və Tramp pilləkənlərdəki Türkiyə və ABŞ bayraqları qarşısında əl sıxıblar və mətbuat üçün poza veriblər.

Trampın Prezident Sarayına çatmasından sonra Türkiyə Hərbi Hava Qüvvələrinin akrobatika komandası olan Türk Ulduzları ABŞ bayrağının rəngləri olan qırmızı, mavi və ağ tüstü siqnalları ilə uçuş salamı verib.

Mərasimdə diqqətəlayiq bir detal: “Tarixi Osmanlı Bölməsi”

Digər tərəfdən, Ərdoğanın Trampı qarşıladığı “A+ tipli rəsmi mərasim”in bir hissəsi olaraq, Prezident Qvardiya Alayı Komandanlığından 16 türk dövlət geyimi və bayraq qrupundan ibarət Tarixi Hörmət Komandası, eləcə də Yakıcı, Kesici, Serdengeçti, Cebeci və Artilleriya elementlərindən ibarət Tarixi Osmanlı Bölməsi, Milli Müdafiə Nazirliyinin Mehteran Bölməsi, Prezident Qvardiya Alayı Komandanlığı Orkestri, Prezident Qvardiya Alayı Komandanlığı Fəxri Qarovul Dəstəsi, Prezident Qvardiya Alayı Komandanlığı Tüfəng Nümayiş Bölməsi və Atçılıq İdman Təlim Mərkəzi Komandanlığının Süvari Mərasim Bölməsi iştirak edirdi.

A+ dərəcəli rəsmi mərasim ilk dəfə 10 aprel 2025-ci ildə Prezident Ərdoğanın İndoneziya Prezidenti Prabovo Subiantonu qarşıladığı zaman keçirilib. Tramp “A+ dərəcəli rəsmi qarşılanma mərasimi”ni qəbul edən ikinci dövlət başçısı olub.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!