
Priqojinin rəsmi Moskvanı hədələməsi və Putinə qarşı çıxması dünya hərb siyasətində şok effekti yaradıb…
Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, ABŞ-ın siyasi və hərbi hakimiyyəti “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin bəyanatlarından sonra Rusiyadakı vəziyyəti diqqətlə izləyir. Bayden administrasiyasının Ukrayna prezidenti Zelenski ilə danışdığı, müvafiq məsləhətlər verdiyi də bildirilir. Sitat: “Priqojinin son açıqlamaları adi ritorikadan daha çoxdur. Bu real bir şeydir, ciddidir…”.
Ukrayna prezidentinin məsələyə hər hansı aidiyyətinin olub-olmaması isə hələki qaranlıq qalır…
Priqojin isə Moskvaya doğru sürətlə irəliləyir. Rusiya hərbçiləri isə onlara müqavimət göstərmir… Bu artıq dövlət çevrilişinə bınzəyir.
A.Məmmədli






