ABŞ Putini Trampla görüşəcəyi Alyaska bazasına buraxmaq istəməyib

Ağ Ev əvvəlcə Alyaskanın Ankoric şəhərindəki hərbi bazada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş keçirməkdən yayınmaq istəyib.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Ağ Ev… ümid edirdi ki, Rusiya lideri və onun ətrafı Amerikanın hərbi obyektinin ərazisinə düşəcək” , – telekanalın bəyanatında deyilir.

Qeyd edilir ki, Ankoricin şimalında yerləşən Elmendorf-Richardson bazası liderlər arasında “tarixi görüş üçün təhlükəsizlik tələblərinə cavab verə bildiyi” üçün qərar qəbul edilib.

Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək.

Kreml sammitin tarixini və yerini təsdiqləyib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun fikrincə, Alyaskanın seçilməsi məntiqlidir – məhz burada Rusiya Federasiyası və ABŞ-ın, o cümlədən Arktikada iqtisadi maraqları kəsişir.

Danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həllinin tapılmasıdır. Moskva Trampı növbəti görüşü Rusiyada keçirməyə dəvət edib.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.