12 May 2026 / 21:00

ABŞ Qrenlandiyada yeni hərbi bazalar yaratmaq istəyir

ABŞ son aylarda Danimarka ilə Qrenlandiyada yeni hərbi bazaların yaradılması məsələsini gündəmə gətirib.

Tezadlar.az xəbər verir ki, yanvar ayından bəri tərəflər arasında bir neçə görüş keçirilib. ABŞ tərəfini danışıqlarda Dövlət Departamentinin müşaviri Maykl Nidhem təmsil edir.

Məlumata əsasən, planlaşdırılan bazaların Qrenlandiyanın cənub hissəsində yerləşdirilməsi nəzərdə tutulur. Bu obyektlərin əsas məqsədinin Şimali Atlantikada Çin və Rusiyanın hərbi fəaliyyətlərini izləmək olduğu qeyd edilir.

Həm Ağ Ev, həm də Danimarka Xarici İşlər Nazirliyi danışıqların aparıldığını təsdiqləsə də, əlavə detalları açıqlamayıb. Hazırda layihə ilə bağlı yekun razılaşmanın olmadığı bildirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!