Əsas məzmuna keç

ABŞ rəsmisi Brendan Hanrahan sentyabrın 11-12-də Ermənistanda olacaq

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brendan Hanrahan sentyabrın 11-12-də Ermənistanda səfərdə olacaq.

“Tezadlar” xəbər verir ki, bu barədə ABŞ-nin İrəvandakı səfirliyi məlumat yayıb.

“Bu səfər ABŞ və Ermənistanın regionda sülh və sabitliyin təşviqinə sadiqliyini vurğulayır. Strateji tərəfdaşlığımızın əsaslarını inkişaf etdirərək, biz ikitərəfli əlaqələri gücləndirməyə və qarşılıqlı maraq doğuran əsas sahələrdə əməkdaşlıq imkanlarını araşdırmağa davam edirik”, – məlumatda qeyd olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…