13 Mart 2026 / 20:55

ABŞ rəsmisi Xameneinin yaralandığını iddia etdi

“İranın yeni Ali Lideri Seyyid Müctəba Xamenei yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb”.

Tezadlar,az xəbər verir ki, bu iddia ilə ABŞ-nin müdafiə naziri Pit Heqset brifinq zamanı çıxış edib.

“Biz bilirik ki, İranın yeni, o qədər də ali olmayan lideri yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb”, – Peqset deyib.

Müctəba Xameneinin ötən gün yayımlanan bəyanatına toxunan amerikalı rəsmi onun videogörüntüsünün və ya səs yazısının olmamasını diqqətə çatdırıb: “Düşünürəm ki, siz bunların olmamasının səbəbini bilirsiniz”.

Müdafiə naziri Müctəba Xameneinin qorxduğunu, qaçaq vəziyyətdə olduğunu və heç bir legitimliyinin olmadığını iddia edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!