Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənilməz halda ABŞ Senatı administrasiyanı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnaməni qəbul edib. Tezadlar.az xəbər verir ki, sənədin lehinə 50, əleyhinə isə 48 senator səs verib. Qətnamədə Prezident Donald Trampa Konqres tərəfindən təsdiqlənməyən və ABŞ-ın müdafiəsi üçün zəruri olmayan hərbi əməliyyatlardan Amerika Silahlı Qüvvələrini geri çəkmək tövsiyə olunur. Sənəd tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil. Yəni, ABŞ administrasiyası onu nəzərə almaya bilər. Tramp isə hələki bu sənədə reaksiya verməyib.