Ukraynanın son vəziyyəti onu göstərir ki, ölkə ABŞ və Qərb dövlətlərinin təsir dairəsindən çıxarsa, Rusiyanın təhdid və birbaşa işğalı ilə üz- üzə qalacaq. Bəs nə etməli? Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Volodimir Zelenski ABŞ-nin köməyi olmadan Ukraynanın sağ qalmaq şansının çox aşağı olacağını bildirib. O, bu barədə “NBC News”a müsahibəsində bildirib. Sitat: “ABŞ-ın dəstəyi olmadan sağ qalmaq şansımız az olacaq, çox az şansımız olacaq. Hesab edirəm ki, bu, çox vacibdir, kirtikdir”.
Bəs ABŞ Ukraynanı taleyin ümidinə buraxacaqmı? Trampın son açıqlamaları bədbin notlar üzərindədir. Bütün hallarda, dünyanın siyasi mənzərəsi, Ukraynanın isə tale məsələsi tezliklə əlli olacaq.
A.Məmmədli