1 May 2026 / 20:20

ABŞ Trampın prezidentliyinin “dağıldığını” elan etdi

Neft qiymətlərinin dörd dəfə artması fonunda ABŞ prezidenti Donald Trampın reytinqi rekord həddə düşüb.

Tezadlar.az xəbər verir ki, “The Financial Times” onun ikinci prezidentlik müddətini uğursuz elan edib.

Açıqlamaya görə, Ağ Evin keçmiş rəsmisi “O, diqqəti cəlb etmək üçün bu cür qəribə başlıqlar yaradır, amma iqtisadi məlumatlara baxanda daha yaxşı deyil” deyib.

Qəzetin redaktorları həmçinin Trampın Amerikaya “qızıl dövr” vermək vədlərinin uğursuzluğa düçar olacağına əminliklərini bildiriblər.

Bundan əvvəl Britaniyanın “Spectator” jurnalı Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Avropaya qarşı daha sərt mövqe tutduğunu bildirmişdi. Məqaləyə görə, Rusiya lideri ilə söhbətdən sonra Amerika prezidenti Avropa siyasətçilərinə qarşı xoşməramlı münasibətindən əl çəkib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!