ABŞ Ukraynanın təhlükəsizliyinin təmin edilməsində minimal rol oynayacaq.
Tezadlar.az “Politico”-ya istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbridge Kolbi deyib.
“Böyük Britaniya, Fransa, Almaniya və Finlandiyanın müdafiə nazirliklərinin rəhbərləri ABŞ tərəfindən Ukraynaya Rusiya ilə sülh sazişinin əldə edilməsinə kömək etmək üçün hansı qoşun və təyyarələri təqdim etməyə hazır olduğu barədə məlumatı açıqlamağı tələb ediblər”, – nəşr danışıqlardan xəbərdar olan şəxslərdən sitat gətirir.
Kolbi cavabında bildirib ki, Vaşinqton Ukraynaya istənilən təhlükəsizlik zəmanətinin verilməsində minimal rol oynamağı planlaşdırır.
Anonimlik şərti ilə NATO diplomatı deyib: “Avropanın bunu yerlərdə həyata keçirəcəyi getdikcə aydınlaşır. ABŞ heç bir öhdəlik götürməyib”.
Bundan əvvəl “Bloomberg” xəbər vermişdi ki, ona yaxın ölkə mümkün təhlükəsizlik təminatları kimi Ukraynaya öz qoşunlarını göndərməyə hazır olduqlarını bildirib. Bununla belə, nəşr hansı ölkələrin belə bir qərar verdiyini dəqiqləşdirmir.
E.ŞİRİNOV

