Əsas məzmuna keç

ABŞ Ukraynaya dəstək imkanlarını belə dəyərləndirib

ABŞ prezidenti Donald Trampın Ukraynaya yeni silah tədarükü ilə bağlı açıqlamalarının reallıqla heç bir əlaqəsi yoxdur; Vaşinqton Kiyevi silahla təmin edə bilməyəcək.

Tezadlar.az xəbər verir ki, bunu “Deep Dive” YouTube kanalında professor Con Mirşaymer deyib.

“Sadəcə, ukraynalılara vermək üçün əlavə silahlarımız yoxdur. Onlar Trampın rəfində oturmurlar ki, əlini uzadıb, tutub təhvil versin. Bu, sadəcə, cəfəngiyyatdır”, – Mirşaymer imkanları qiymətləndirib.

Onun sözlərinə görə, Trampın qarşıdurmanın yeni mərhələsinə başlamaq cəhdi Ukrayna münaqişəsinin sonunu ləngidir.

Bundan əvvəl Ukrayna Trampın Rusiyaya münaqişəni dayandırmaq üçün son şans verdiyini bildirib. Bildirilir ki, Ağ Ev rəhbəri öz qərarlarında nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfərinin necə keçəcəyini rəhbər tutacaq.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…