Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp İranla əldə edilən razılaşmadan sonra sülh yolunda kritik bir həddin aşıldığını açıqlayıb. Cümə günü Cenevrədə razılaşmanın fiziki imzalanmasından sonra nüvə proqramının gələcəyindən tutmuş sanksiyaların ləğvinə qədər bütün həyati məsələlərin texniki nümayəndə heyətləri tərəfindən müzakirə ediləcəyi 60 günlük bir müddət başlayacaq.
Tezadlar.az xəbər verir ki, ABŞ və İran arasında uzun müddətdir davam edən gərginliyə və hərbi münaqişə riskinə son qoymaq üçün tarixi bir razılaşma əldə edilib. Fransada keçirilən G7 Zirvə görüşündə kameralar qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp iki ölkənin sülh yolunda kritik bir həddi keçdiyini açıqlayıb.
“Hörmüz boğazı tamamilə açıqdır”
G7 Zirvə görüşündə Fransa prezidenti Emmanuel Makronla görüşündən əvvəl danışan Tramp anlaşma memorandumunun elektron şəkildə şəxsən özü, vitse-prezident Mayk Pens və İran tərəfi adından Parlament sədri Qalibaf tərəfindən imzalandığını bildirib.
Proseslə bağlı texniki detalları paylaşan Tramp bildirib:
“Hörmüz boğazı tam açıqdır. Minaların təmizlənməsi üçün qısa bir müddət lazımdır, lakin təmizlənmə başa çatdıqdan sonra neft axını tam gücü ilə işləyəcək. Həmçinin, əvvəlcə İrana məxsus 7 milyard dollarlıq vəsait ayrılacaq. İran öhdəliklərinə əməl edərsə, sanksiyaların tamamilə ləğvi də gündəmdədir. İran nüvə silahına sahib olmayacaq.”
Tramp əlavə edib ki, rəsmi imzalanma mərasimi 19 iyun cümə günü Cenevrədə keçiriləcək və ABŞ-ı vitse-prezident Mayk Pens təmsil edəcək.
60 günlük vacib proses başlayır
Cümə günü imzalanan razılaşma və fiziki imzalardan sonra 60 günlük danışıqlar prosesi başlayacaq. Bu müddət ərzində ABŞ və İranın texniki nümayəndə heyətləri bütün mübahisəli məsələləri, xüsusən də İranın nüvə proqramının gələcəyini müzakirə etmək üçün üz-üzə görüşəcəklər. Danışıqlar müsbət nəticələr verərsə, yekun sülh müqaviləsinin imzalanması gözlənilir.
Fransa prezidenti Emmanuel Makron da məsələyə münasibət bildirərək, razılaşmanı “çox vacib bir addım” adlandırıb və Hörmüz boğazının yenidən açılmasının qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Bölgəmiz rahat bir nəfəs aldı”
Türkiyənin hadisələrlə bağlı ilk qiymətləndirməsini prezident Rəcəb Tayyib Ərdoğan edib. Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan Türkiyənin də prosesə töhfə verdiyini bildirib və deyib:
“Dünən gecə İsrailin təxribatları ilə 28 fevralda başlayan müharibədə çox vacib bir addım atıldı. ABŞ ilə İran arasındakı münaqişələrə son qoymaq üçün razılaşma elan edildi. Beləliklə, aylardır gərgin vəziyyətdə olan bölgəmiz rahat bir nəfəs aldı. Bölgəni daha da bölməyə yönəlmiş məkrli oyunlara biganə qalmadıq.”
Müharibənin humanitar ölçüsünə və xüsusən də uşaqların yaşadığı dramlara diqqət çəkən Ərdoğan deyib: “İnanırıq ki, bu mənasız müharibə fəsli artıq bağlanıb. Ümid edirik ki, razılaşma davamlı sülhə və sabitliyə yol açacaq.”
E.ŞİRİNOV