İranın Həmədan əyalətinin qubernatoru Həmid Molanurişəmsi ABŞ və İsrailin indiyə qədər şəhərdə 40 hücum həyata keçirdiyini və nəticədə 50 nəfərin öldüyünü açıqlayıb.
Tezadlar.az xəbər verir ki, İranın yarı-rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, qubernator Molanurişəmsi ABŞ və İsrailin şəhərə hücumları ilə bağlı açıqlama verib.
“ABŞ və İsrail indiyə qədər şəhərdə 40 yerə hücum edib. Bu yerlərin 50%-i yaşayış məntəqələri, istehsal mərkəzləri və ticarət sahələrindən ibarət mülki ərazilər olub”, – Molanurişəmsi bildirib.
O, həmçinin ölüm və yaralanma rəqəmlərini açıqlayaraq deyib: “Bu hücumlarda 50 nəfər ölüb, 286 nəfər yaralanıb”.
E.ŞİRİNOV







